Bakı, 22 aprel, AZƏRTAC
Aprelin 22-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Sığortaçılar Assosiasiyasının və Azərbaycan Aktuarlar Assosiasiyasının birgə təşkilatçılığı ilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov sığorta bazarı üçün aktuarilərin xüsusi rolunu vurğulayıb. Bildirib ki, 30-a yaxın şəxs aktuari şəhadətnaməsi almaq üçün mübarizə aparıb və bunlardan 27 nəfəri aktuari şəhadətnaməsinə layiq görülüb.
Tədbir çərçivəsində Dövlət Sığorta Nəzarəti Xidmətinin keçirdiyi imtahandan uğurla keçən aktuarlara növbəti beş il müddətinə veriləcək aktuar şəhadətnamələri təqdim olunub.