"25 il əvvəl ingilis dili kursunda, sinifdə tanış olduq. İkimiz də mühacirlərik. O vaxtdan bəri ən yaxın rəfiqələrik və bir-birimizə sayğımız sonsuzdur. O, Azərbaycandandır. Halbuki Moldova və Ukraynadan olanlar da vardı sinfimizdə. Onlarla belə əlaqələr qurmaq çətindi".

Milli.Az bildirir ki, Facebook-da ən populyar səhifələrdən olan "Humans of New York"da dərc olunmuş bir foto bu sözlərlə müşayiət olunur. Fotoda Nyu-Yorkun Manhetten səmtindəki küçələrdən birində skamyada əyləşmiş iki yaşlı xanım əks olunub.
 
Sözlər də xanımlardan birinə məxsusdur.
 
Fotodakı azərbaycanlı xanım isə artıq Facebook-da ən populyar simalardan birinə çevrilib.
 
Milli.Az