Çinin Şandun əyalətinin Tzinan şəhərində yol hərəkəti qaydalarını izləyəcək və idarəetmə zamanı mobil telefon və planşetlərdən istifadə kimi pozuntuları qeydə alacaq 4 multikopter rəsmən fəaliyyətə başlayıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Belta www.belta.by” resursuna istinadən yazır ki, pilotsuz uçan aparatlar fəaliyyətə başladıqdan yarım saat sonra idarəetmə zamanı 5 mobil telefondan istifadə hadisəsi qeydə alınıb.
 
Tzinan yol polisi bölməsinin əməkdaşı Vey Tzilyan bildirib ki, layihə üçün eksperimental fəaliyyəti 3 ay davam edəcək polis xidmətinin xüsusi aviasiya dəstəsi yaradılıb. Onun sözlərinə görə, pilotsuz uçan aparatlar vasitəsilə çəkilən qanun pozuntularının şəkilləri sübutların toplanması ilə bağlı problemi effektiv həll edə bilər.
 
Nizam Nuriyev