Ağstafa, 22 aprel, AZƏRTAC
Cari ilin birinci rübündə Ağstafada əsas kapitala yönəldilən investisiyaların həcmi 4494,9 min manat olub. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur. Bu müddətdə tikinti-quraşdırma işlərinin həcmi 3 dəfə artmaqla 3876,5 min manat təşkil edib.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən üç ayda tikinti müəssisələrinə 1570,4 min manatlıq investisiya yönəldilib. Aparılan tikinti-quraşdırma işlərinin həcmi isə 1523,4 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.