Fransa Superkubokunun sahibi müəyyənləşib.
Metbuat.az-ın Qol.az-a istinadən məlumatına görə, həlledici görüşdə son çempion PSJ ilə ölkə kubokunun qalibi "Monako" üz-üzə gəliblər. Çində keçirilən qarşılaşma Paris klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Paytaxt təmsilçisinin heyətində qolları Anhel di Mariya (33 və 90), Kristofer Nkunku (40) və Timoti Vea (67) vurublar.