Qusarda yol qəzası baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, Avqustun 2-də saat 8 radələrində Qusar rayonunun Xuray kəndi ərazisində kənd sakini Novruz Babayev idarə etdiyi "Opel" markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Milli.Az