Futbol üzrə Argentina millisinin yeni baş məşqçisi müəyyənləşib.

Publika.az xəbər verir ki, komanda müvəqqəti olaraq Lionel Skaloniyə həvalə olunub. Ona Pablo Aymar və Martin Takolli kömək edəcəklər.

Qeyd edək ki, Rusiyada keçirilən 2018-ci il dünya çempionatındakı uğursuzluğa görə baş məşqçi Xorxe Sampaoli istefaya göndərilib.