Braziliyanın cənub-şərq hissəsində müşahidə olunan tornado ciddi fəsadlara səbəb olub.

ANS PRESS-in məlumatına görə, əsasən, Şanşere şəhəri pis hava şəraitindən əziyyət çəkib.

Sürəti saatda 90 kilometrə çatan küləklər evlərin damını uçurub. Onlarla avtomobilə ziyan vurub.

Baş vermiş dağıntılar nəticəsində 2 nəfər ölüb, 120 nəfər yaralanıb. Rəsmilər azı 1000 nəfərin evsiz qaldığını bildiriblər.

Xilasedicilər qasırğadan əziyyətdən çəkən insanlar üçün müvəqətti sığınacaq yerləri müəyyən ediblər.
Mənbə
Associated Press