Rusiya Avropaya hücum edə bilər -
ABŞ kəşfiyyatı
ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Rusiya 2029-cu ilə qədər NATO üzvü olan ölkələrdən birini hədəfə alaraq alyansı sınağa çəkə bilər.
Metbuat.az xəbər verir ki, mümkün ssenarilər arasında kiberhücumlar, hibrid əməliyyatlar və məhdudmiqyaslı hərbi müdaxilə də yer alır. ABŞ rəsmiləri hesab edirlər ki, Vladimir Putin NATO daxilində parçalanma yaratmağa və ABŞ ilə Avropa müttəfiqləri arasındakı əlaqələri zəiflətməyə çalışa bilər. Mümkün risklərin xüsusilə Şimali Avropa ölkələri üçün aktuallaşdığı bildirilir. ABŞ və Avropa liderləri Polşaya düşən Rusiya raketlərini və Rumıniya hava məkanında müşahidə olunan dronları Moskvanın NATO-nun reaksiyasını yoxlama cəhdləri kimi qiymətləndirirlər. Mütəxəssislər məhdudmiqyaslı quru hücumu ehtimalını aşağı saysalar da, riskin zamanla arta biləcəyini bildirirlər. Belə bir hücum NATO-nun kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin tətbiqi ilə bağlı müzakirələri gündəmə gətirə bilər.
Lakin kiberhücum və digər hibrid təhdidlər zamanı 5-ci maddənin necə tətbiq ediləcəyi ilə bağlı qeyri-müəyyənlik qalır.