Dünya

Bu ölkələr arasında müdafiə sazişi imzalandı

Metbuat.az

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə əməkdaşlığı haqqında saziş imzalanıb.

Metbuat.az xəbər verir ki, razılaşma Prezident Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə həyata keçirilib.
“Məkkə Birgə Müdafiə Sazişi” üç ölkənin müdafiə imkanlarının birləşdirilməsini və regional təhlükəsizliyin gücləndirilməsini nəzərdə tutur. Sazişin əsas müddəalarından biri kollektiv müdafiə prinsipidir.
Sənədə əsasən, tərəflərdən hər hansı birinə qarşı silahlı hücum digər ölkələrə qarşı da təhdid kimi qiymətləndiriləcək.

Razılaşmanın heç bir ölkəni hədəf almadığı və regional sülhə töhfə verməyi məqsəd qoyduğu bildirilib. Saziş hərbi əməkdaşlıqla yanaşı, müdafiə sənayesi sahəsində əlaqələrin genişləndirilməsini də əhatə edir. Bildirilib ki, saziş Türkiyə qoşunlarının avtomatik olaraq hər hansı böhrana cəlb olunması anlamına gəlmir və qərarlar ölkənin milli mexanizmləri əsasında qəbul ediləcək.