İdman
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
"Beşiktaş" heyətini yeni ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi "Arsenal"ın belçikalı cinah oyunçusu Leandro Trossardın transferini başa çatdırmaq üzrədir. Məlumata görə, tərəflər 3+1 illik müqavilə ilə razılığa gəlib. Trossardın illik 8 milyon avro xalis maaş alacağı bildirilir. Müqavilədə imza və performans bonuslarının nəzərdə tutulmadığı qeyd olunub. "Beşiktaş"ın "Arsenal"la da razılıq əldə etdiyi vurğulanır.
Məlumata görə, Türkiyə klubu İngiltərə təmsilçisinə 18+2 milyon avro transfer haqqı ödəyəcək. Trossard dünya çempionatında Belçikanın heyətində uğurlu oyun nümayiş etdirmişdi.