Tramp buna görə İrana hücumları dayandırdı
ABŞ Prezidenti Donald Trampın İranla bağlı yeni qərarı Vaşinqtonun diplomatik həllə üstünlük verdiyini göstərir.
Metbuat.az xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib. Onun sözlərinə görə, Tramp danışıqlara imkan yaratmaq məqsədilə İrana qarşı hava zərbələrini dayandırıb. Uolts bildirib ki, ABŞ Prezidenti bütün variantları nəzərdən keçirsə də, hazırda diplomatiyaya şans verməyə çalışır. O, ABŞ ordusunun əməliyyatları davam etdirmək üçün kifayət qədər hərbi imkanlara malik olduğunu da vurğulayıb.
Qeyd edək ki, İran tərəfi də bölgədə həyata keçirdiyi hərbi əməliyyatları dayandırdığını açıqlayıb. Məlumata görə, İran və Oman nümayəndələri Tehranda Hörmüz boğazının idarə olunması ilə bağlı texniki danışıqlar aparıblar.