İdman

“Qalatasaray” dünya ulduzu üçün hərəkətə keçdi

Metbuat.az

Çempionlar Liqasında iddialı heyət qurmaq istəyən Türkiyənin “Qalatasaray” klubu transfer bazarında böyük rezonans doğuran bir gediş edib.

Metbuat.az xəbər xarici mediaya istinadla xəbər verir ki, İstanbul təmsilçisi “Mançester Siti”nin 26 yaşlı superulduzu Fil Foden üçün rəsmən hərəkətə keçib. İngiltərə təmsilçisi ilə müqaviləsinin son ilinə qədəm qoyan və karyerasında yeni bir səhifə açmaq istəyən Fodenin də bu keçidə müsbət yanaşdığı bildirilir.

Cari bazar dəyəri 70 milyon avro olan futbolçunun transferi üçün sarı-qırmızılılar bütün maliyyə imkanlarını səfərbər etmək niyyətindədir. Rəhbərliyin bu nəhəng əməliyyatı uğurla tamamlamaq üçün məşhur menecer Corc Qardiyə tam səlahiyyət verdiyi iddia olunur.