İdman

İtkin düşən futbolçu tapıldı

Metbuat.az

“Lecce”nin 18 gündür itkin düşən futbolçusu Lamek Banda tapılıb.

Metbuat.az xəbər verir ki, Zambiya millisinin üzvü mövsümöncəsi hazırlıq düşərgəsinə qatılmayıb. Klub rəhbərliyi uzun müddət futbolçu ilə əlaqə saxlaya bilməyib. Məlumata görə, “Sky Italia” isə futbolçu ilə klubdan kənar mənbə vasitəsilə əlaqə saxlayıb. Məlum olub ki, Banda sağ-salamatdır və səhhəti ilə bağlı problem yoxdur. Futbolçu telefon danışığı zamanı İtaliyaya qayıtmaq istəmədiyini bildirib. Onun bu qərarının “Lecce”dən ayrılmaq istəyi ilə bağlı olduğu qeyd edilib.

Qeyd edək ki, Lamek Bandanın müqaviləsi gələn ilin yayında başa çatır. Zambiyalı futbolçu karyerasını başqa klubda davam etdirmək niyyətindədir.