İdman

"Fənərbaxça" ulduz futbolçunun transferini açıqladı

Metbuat.az

"Fənərbaxça" "Olimpik Marsel"in futbolçusu Meyson Qrinvudun transferini açıqlayıb.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi 24 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayıb. Klubun açıqlamasına görə, "Fənərbaxça" futbolçunun transferi üçün Fransanın "Olimpik Marsel" klubuna 39 milyon avro ödəyəcək.

Qeyd edək ki, Meyson Qrinvud ötən mövsüm "Olimpik Marsel"in heyətində uğurlu çıxışı ilə diqqət çəkib.