İdman

“Fənərbağça”nın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

Metbuat.az

Türkiyənin “Fənərbağça” klubu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa təmsilçisi “Qornik Zabje”ni mübarizədən kənarlaşdıracağı təqdirdə, 3-cü təsnifat mərhələsində Avstriyanın “Şturm Qrats” və Şotlandiyanın “Harts” komandaları arasındakı cütün qalibi ilə qarşılaşacaq.

Metbuat.az xəbər verir ki, ilk oyun 4-5 avqust, cavab matçı isə 11 avqust tarixində keçiriləcək.

İstanbul təmsilçisi növbəti mərhələyə yüksələrsə, ilk qarşılaşma doğma meydanda baş tutacaq.