Region
Regionun təhlükəsizliyi İransız qurula bilməz –
Əraqçi
Regionun təhlükəsizliyi İrana məhəl qoyulmaması üzərində qurula bilməz.
Metbuat.az Axar.az-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
"Son müharibənin təcrübəsi göstərib ki, regionun təhlükəsizliyi İranın kənarlaşdırılması və ya ona məhəl qoyulmaması üzərində qurula bilməz", - o bildirib.
Onun sözlərinə görə, iqtisadi inkişaf və regional sabitlik yalnız bölgənin bütün ölkələrinin ümumi maraqlarının nəzərə alınması şəraitində mümkündür.