Region

İran ilk dəfə bu şəxsləri əfv etdi

Metbuat.az

Bu gün İran Məhkəmə-Ədliyyə Sisteminin sözçüsü, ali rəhbər Müctəba Xameneyinin razılığı ilə bir qrup məhbusun əfv edildiyini və cəzalarının yüngülləşdirildiyini açıqlayıb.

Metbuat.az İran mediasına istinadən xəbər verir ki, rəsmi məlumata görə, əfv edilənlər arasında ilk dəfə olaraq ölüm hökmünə məhkum edilmiş 139 nəfər də yer alıb. Bildirilib ki, bu şəxslərin işlərində şəxsi şikayətçi olmayıb və onlar təhlükəsizlik xarakterli cinayətlərə görə məhkum edilməyiblər.

Məhkəmə sözçüsü qeyd edib ki, bir çox ölkələr böhran və münaqişə dövrlərində əfv qərarları verməkdən çəkinsə də, İran bu məsələdə “İslam mərhəməti” prinsipinə üstünlük verir.

Eyni zamanda vurğulanıb ki, təhlükəsizlik məsələləri və son hadisələrlə əlaqədar məhkum olunmuş şəxslər əfv siyahısına daxil edilməyiblər.