Region

​Ankarada toylar qadağan olundu

Metbuat.az

Türkiyənin paytaxtı Ankara şəhərində bəzi məhdudiyyətlər tətbiq olunub.

Metbuat.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Xəbərdə 7-8 iyulda Ankarada NATO-ya üz olan ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısının keçiriləcəyi və məhdudiyyətlərin bununla baglı olduğu qeyd olunub.

Türkiyə mediasının yazdığına görə, NATO-nun tədbiri ilə əlaqədar olaraq 6-12 iyul tarixlərində Ankaranın 9 əsas rayonunda, toy konsert və digər kütləvi tədbirlərin keçirilməsi qadağan olunub. Bununla bağlı qərar Ankara valiliyi tərəfindən qəbul edilib.