Region
Türkiyədə nəqliyyat bir günlük pulsuz oldu
Bu gün Türkiyədə ictimai nəqliyyat ödənişsizdir.
Metbuat.az-ın məlumatına görə, buna səbəb 23 Aprel Milli Suverenlik və Uşaq Bayramıdır.
Bu münasibətlə ölkə üzrə bütün avtobuslarda, eləcə də metro xətlərində sərnişinlərdən ödəniş tələb olunmur.
Sevinc İbrahimzadə / Metbuat.az