Region
Türkiyədə liseyə silahlı hücum:
16 nəfər yaralandı - VİDEO
Türkiyənin Şanlıurfa əyalətində liseyə silahlı hücum olub. İlkin məlumata görə, insident nəticəsində 16 nəfər yaralanıb.
Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə ilə əlaqədar təhlükəsizlik orqanları tərəfindən genişmiqyaslı istintaq aparılır. Hadisəni törədən 2007-ci il təvəllüdlü şəxs intihar edib.
Şanlıurfa valisi Hasan Şıldak bildirib ki, yaralananlardan 4-ü müəllim, 10-u şagird, 1-i polis əməkdaşı, 1-i isə məktəb bufetinin işçisidir.
Qeyd olunub ki, müəllimlərdən birinin vəziyyəti ağırdır.