Region
Məşhur bələdiyyə sədri narkomandır?
Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatı davam edir.
Metbuat.az xəbər verir ki, əməliyyat çərçivəsində İzmirin Çeşmə rayonunun bələdiyyə sədri Lal Dənizli də istintaqa cəlb olunub. Onun saçından və dırnağından narkotik testi üçün nümunələr götürülüb.
Türkiyə mediasının yazdığına görə, xanım sədrin narkotik testinin cavabı açıqlanib. Testin nəticəsinə görə, Lal Dənizlinin narkotik istifadəçisi olmadığı təsdiqlənib.
İstanbul prokurorluğunda ifadə verən bələdiyyə sədri sağlam həyat tərzi keçirdiyini və daim pis vərdişlərə qarşı mübarizə apardığını bildirib.