Region

İrandan Hörmüz boğazı ilə bağlı açıqlama

Metbuat.az

İranın Beynəlxalq Dəniz Təşkilatındakı (BDT) daimi nümayəndəsi Əli Musəvi bildirib ki, Hörmüz boğazı ABŞ və İsraildən (onların müttəfiqləri də daxil – red.) başqa hamı üçün açıqdır.

Metbuat.az xəbər verir ki, bu barədə Ə. Musəviyə istinadən "Khabar Fouri" məlumat yayıb.

"Hörmüz boğazından gəmilərin keçidi təhlükəsizlik və mühafizə tədbirlərinin koordinasiyası ilə mümkündür", - Musəvi deyib. O, əlavə edib ki, beynəlxalq öhdəliklər İranın ərazi bütövlüyü və hüquqlarına hörmətlə müşayiət olunmalıdır.

Onun sözlərinə görə, Hörmüz boğazında gəmilərin və heyətlərin təhlükəsizliyi İran rəsmiləri ilə koordinasiyalı həyata keçirilməlidir:

"İran dəniz təhlükəsizliyinin artırılması, dənizçilərin qorunması üçün BDT və üzv ölkələrlə əməkdaşlığa hazırdır. Diplomatiya İranın prioriteti olaraq qalır, lakin hücumların tamamilə dayandırılması və qarşılıqlı etimad daha zəruridir".