Region

Türkiyədə bu məşhur saxlanıldı

Metbuat.az

Türkiyədə məşhurlara qarşı həyata keçirilən narkotik əməliyyatı çərçivəsində daha bir müğənni saxlanılıb.

Metbuat.az yerli mediaya istinadla xəbər verir ki, tanınmış sənətçi Edis bu gün polis tərəfindən həbs olunub. Onun hava limanında saxlanıldığı bildirilir.

Qeyd edək ki, Türkiyədə növbəti narkotik əməliyyatı çərçivəsində fevralın 17-də daha 25 nəfər haqqında həbs qərarı verilib. Aralarında tanınmış müğənnilər Murad Dalkılıç və Kaan Tangözə, aktyor İsmayıl Hacıoğlunun da olduğu şübhəlilərə qarşı şəxsi istifadə üçün narkotik və psixotrop maddə satın almaq və saxlamaq ittihamları irəli sürülüb.