Region
Türkiyə müxalifəti dağılır:
Hamı Ərdoğanın partiyasına keçir
Son günlər Türkiyə siyasətində maraqlı tendensiya müşahidə olunur. Ölkənin iri şəhər var rayonlarının müxalifətçi olan bələdiyyə sədrləri bir-birinin ardınca hakimiyyət düşərgəsinə keçir.
Metbuat.az xəbər verir ki, Aydın bələdiyyə sədri Özləm Çerçioğludan sonra Keçiörən bələdiyyəsinin başqanı Mesut Özarslan da Prezident Rəcəb Tayyip Ərdoğanın sədri olduğu AKP-yə keçib.
Türkiyə mediası daha bir səs-küylü transferin anonsunu verib. Yerli KİV-in yazdığına görə, Nevşehirin bələdiyyə sədri Rasim Arı da düşərgəsini dəyişməyə hazırlaşır. Müxalif İyi Partiyadan bələdiyyə sədri seçilən Arının gələn həftə AKP-yə keçməklə bağlı qərarını açıqlayacağı gözlənilir.