Region

Qonşu ölkədə uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir

Metbuat.az

Türkiyədə 15 yaşa qədər uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək.

Metbuat.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə qanun layihəsi yaxın günlərdə Türkiyə Böyük Millət Məclisində müzakirəyə çıxarılacaq.

Qanun qəbul edilərsə, valideynlərinin icazəsi olsa belə uşaqlar sosial şəbəkələrə daxil ola bilməyəcək.