Region
İran və İsrail-ABŞ: Kim güclüdür?
Qlobal hərbi güc reytinqinə görə, ABŞ birinci sırada yer alır, İsrail 15-ci, İran isə 16-cı mövqedədir.
Metbuat.az Global Fire Power 2026-ya istinadən xəbər verir ki, hərbi aviasiya baxımından ABŞ üstünlük təşkil edir.
Ölkənin 1,790-dan çox döyüş təyyarəsi var, İsraildə 239, İranda isə 188 döyüş təyyarəsi mövcuddur. Hücum helikopterləri sahəsində də ABŞ öndədir – 1,020-dən çox helikopterlə. İsrailin arsenalında 48, İranın isə 13 helikopter var.
Hərbi donanma sahəsində də fərqlər açıqdır. ABŞ-nin 490-dan çox gəmisi fəaliyyət göstərir. İranın donanmasında 101, İsraildə isə 67 gəmi var.
Mütəxəssislər qeyd edirlər ki, rəqəmlər hər üç ölkənin hərbi gücünü göstərsə də, strateji və regional təsir faktorlarını da nəzərə almaq vacibdir.