İstanbul-Tehran reysi ləğv edilib? -
YENİLƏNİB
Türk Hava Yolları (THY) İrana uçuşlarla bağlı yayılan iddialara münasibət bildirib.
Metbuat.az xəbər verir ki, aviaşirkətin yaydığı rəsmi açıqlamada qeyd olunub ki, sosial mediada İran istiqamətində reyslərin ləğv edilməsi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
"Hazırda THY-nin gündüz saatlarında həyata keçirilən İrana uçuşları plan üzrə davam edir və heç bir reys ləğv olunmayıb", - deyə aviaşirkətdən bildirilib.
23:21
İran ətrafında yaranmış gərginlik artdığı üçün bəzi ölkələr təhlükəsizlik tədbirlərini gücləndirib.
Metbuat.az xəbər verir ki, Çin və İngiltərə öz vətəndaşlarına təcili İranı tərk etməyi tövsiyə edib. ABŞ isə Qüdsdəki səfirliyinin əməkdaşlarını İsraili tərk etməyə səsləyib.
Türkiyə mediasının yazdığına görə, bu gün axşam saatlarında İstanbuldan Tehrana uçan bütün təyyarə reysləri ləğv edilib.
ABŞ və Avropanın aparıcı KİV-ləri isə bugünlərdə İrana səfər etməyin təhlükəli olduğuna dair məqalələr dərc edib.