Dünya
HƏMAS Qəzzada nəzarəti təhvil verməyə razılaşdı
HƏMAS hərəkatı Qəzzada nəzarəti yeni formalaşdırılmış texnokratik komitəyə təhvil verməyə razılaşıb.
Metbuat.az xəbər verir ki, bu barədə "Al Arabiya" Fələstin Milli Administrasiyasının rəhbərinin müşaviri Mahmud Əl-Habaşa istinadən məlumat yayıb. Bildirilir ki, HƏMAS Qəzzada bütün işləri ABŞ Prezidenti Donald Trampın razılaşdırdığı plana uyğun olaraq ərazini idarə edəcək komitəyə verəcəyini elan edib.