Region
İstanbulda yanvarın 1-i avtobuslar pulsuz olacaq
İstanbullular yanvarın 1-də bələdiyyənin balansında olan avtobuslardan pulsuz istifadə edəcəklər.
Metbuat.az xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsi aciqlama yayıb. Bildirilib ki, bələdiyyə avtobusları dekabrın 31-i axşamdan başlayaraq 24 saat ərzində istanbullular və turistlərə pulsuz xidmət göstərəcək.
"İstanbul sakinlərinin və şəhərimizin qonaqlarının gözəl bir bayram keçirməsi üçün avtobusların pulsuz xidmət göstərməsinə qərar verdik", - İstanbul Böyükşəhər Bələdiyyəsinin yaydığı açıqlamada belə deyilir.
Bələdiyyədən o da bildirilib ki, sakinlərin və turistlərin rahat gediş-gəlişini təmin etmək üçün xəttə əlavə 370 avtobus buraxılacaq.