İdman

"Traktor" klubu "Qarabağ"ı təbrik etdi -

FOTO

Metbuat.az

Təbrizin "Traktor" futbol klubu Azərbaycan təmsilçisi "Qarabağ"ı UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə klubun rəsmi sosial media hesabında paylaşım edilib.

"Qarabağ" FK-nı Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə ürəkdən təbrik edirik! Uğurlar və daim zirvədə olun! Yaşasın bütün Azərbaycan!", - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, "Qarabağ" tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.