İdman
"Qarabağ"ın "Şkendiya" ilə oyununa satılan bilet sayı açıqlandı
Bakıda “Qarabağ” ilə Şimali Makedoniyanın “Şkendiya” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa satılan bilet sayı açıqlanıb.
Metbuat.az klubun rəsmi saytına uistinadən xəbər verir ki, indiyə qədər 25 000 bilet satyılıb.
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə “köhlən atlar” rəqibi bir cavabsız qolla üstələyib.