İdman

"Omoniya"nın baş məşqçisi qələbəni şərh etdi

Metbuat.az

“Xoşbəxt hiss edirik ki, 4 qol vurduq və qapımıza qol buraxmadıq.”

Metbuat.az-ın məlumatına görə, bunu "Omoniya"nın (Kipr) baş məşqçisi Harninq Berq UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Araz-Naxçıvan"a qarşı keçirilən ilk oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, hələ qarşıda yeni oyunumuz olacaq və onu tamamlamağımız lazımdır:

"Komanda yaxşı təsir bağışladı. Müdafiə olunmağa ehtiyac yarananda bu işi yaxşı gördük. Ümumilikdə həm oyunun nəticəsindən, həm də komandanın çıxışından razı qaldıq".

Sevinc İbrahimzadə / Metbuat.az