İdman

“Barselona” qapıçı transfer etdi

Metbuat.az

İspaniyanın “Barselona” komandası yeni transferini açıqlayıb.

Metbuat.az klubun rəsmi saytına istinadən xəbər verir ki, La Liqa təmsilçisi qapıçı Joan Qarsianı heyətinə cəlb edib.

24 yaşlı qolkiperlə 2031-ci ilin yayınadək müqavilə imzalanıb.

O, son olaraq “Espanyol”un formasını geyinib.