Region

Türkiyədə faciəvi hadisə -

40 yaralı, ölən var

Metbuat.az

Türkiyənin İstanbul şəhərində metrobusun dayanacaqdakı başqa bir metrobusa çırpılması nəticəsində yaralananların sayı 40-a çatıb.

Metbuat.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Davut Gül bildirib.

Məlumata görə, bir nəfər ölüb. Xəsarət alanlardan ikisinin durumu ağırdır.