Region

Qonşu ölkədə güclü partlayış -

Ölən və yaralılar var

Metbuat.az

İranın paytaxtı Tehranda hərbi obyektdə partlayış baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, öncə yanğın, ardınca isə partlayış olub. Nəticədə bir hərbçi ölüb, 10-u isə yaralanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib.