İdman

"Qarabağ"ın 1/8 finala çıxma ehtimalı bu qədərdir -

FOTO

Metbuat.az

UEFA Avropa Liqasında oynanacaq matçlardan sonra ortaya çıxacaq cədvəl süni intellekt tərəfindən simulyasi edilib.

Metbuat.az bildirir ki, siyahı "Football Meets Data" tərəfindən hazırlanıb. Simulyasiyada liqa mərhələsindən sonra klubların ilk 8 və 24 yeri tutma ehtimalları göstərilib. Siyahıya görə, təmsilçimiz "Qarabağ"ın ilk 8-də yer alma ehtimalı 12 faiz, ilk 24 sırada yer alma ehtimalı isə 65 faiz olaraq dəyərləndirilib.

Siyahıda ilk onluqda türk klublarından "Qalatasaray" yer alıb - klub 41 faiz ehtimalla ilk 8-də, 87 faiz ehtimalla ilk 24-də olacaq.

Qeyd edək ki, liqa mərhələsində ilk 8-də yer alan klublar birbaşa növbəti mərhələyə keçəcək, 9-24-cü yerdə olanlar isə play-off oynayacaq. 24-36-cı yerləri tutan klublar yarışdan kənarda qalacaqlar.

Tam siyahını təqdim edirik: