İdman

UEFA AFFA-nı cərimələdi

Metbuat.az

UEFA AFFA-nı qadın futbolçulardan ibarət Azərbaycan millisinin Bakıda Macarıstana uduzduğu Avropa çempionatının seçmə mərhələ oyunundan sonra 2 500 avro cərimələyib.

Metbuat.az xəbər verir ki, milli assosiasiya qarşılaşmadan sonra meydana kənar şəxslər girdiyi üçün cərimə ödəməli olacaq.

Qeyd edək ki, görüş macarların 5:0 hesablı qələbəsi ilə bitib.