İdman

Messi önəmli matçı buraxmalı olacaq

Metbuat.az

İyulun 24-də Meksika Liqasının və MLS-in ən yaxşı oyunçuları arasında keçiriləcək “All-Star” matçında Lionel Messi çıxış etməyəcək.

Metbuat.az ESPN-ə istinadən xəbər verir ki, buna səbəb argentinalı ulduzun Amerika Kubokunun finalında, Kolumbiya ilə qarşılaşmada aldığı zədədir.

Matçda həmçinin Luis Suarez də forma geyinə bilməyəcək.