Region

Qonşu ölkədə zəlzələ oldu

Metbuat.az

Gürcüstanda 4,6 maqnitudalı zəlzələ olub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Qeyd olunub ki, Raça-Leçxumi və Aşağı Svaneti əyalətində baş verən zəlzələnin ocağı 7,61 km dərinlikdə yerləşib. İdarənin verilənlərinə əsasən yeraltı təkanların episentri regionun Oni şəhərində olub.