Region

Paşinyan Fransaya səfərə gedib

Metbuat.az

Ermənistanın baş naziri Nikol Paşinyan Strasburqa işgüzar səfərə gedib.

Metbuat.az xəbər verir ki, bu barədə Erməni KİV məlumat yayıb.

Qeyd edilib ki, Paşinyan oktyabrın 17-də Avropa Parlamentində çıxış edəcək.

Həmçinin Ermənistanın baş naziri ilə Avropa Parlamentinin sədri Roberta Metsola arasında görüş baş tutacağı gözlənilir.