Region

Ermənistanda Rusiya telekanallarının bağlanması məsələsi

müzakirə edilir

Metbuat.az

“Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir”.

Metbuat.az xəbər verir ki, bunu Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Lusine Badalyan "Faktor TV"nin efirində deyib.

O hesab edir ki, bu, doğru qərardır.

Xatırladaq ki, son aylar İrəvanla Moskva arasında münasibətlər gərginləşib. Tərəflər buna səbəb kimi bir-birilərini ittiham edirlər.