Region

İranda fırtına 400-dən çox şəxsi

xəstəxanalıq etdi

Metbuat.az

İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insanın xəstəxanalara yerləşdirilib.

Metbuat.az xəbər verir ki, Sistan-Bəlucistan Fövqəladə Hallar İdarəsinin rəhbəri Mecid Muhibbi qum fırtınası ilə bağlı məlumat verib.

O bildirib ki, 120 gün davam edən küləklər nəticəsində stan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 488 nəfər xəstəxanalara müraciət edib.

Zehekdə görmə məsafəsinin 300 metrə, Zabulda isə 700 metrə qədər azaldığı bildirilir.