Region

Türkiyədə seçkilərin ikinci turunda yayım qadağası aradan qaldırıldı

Metbuat.az

Türkiyə prezident seçkilərinin ikinci turu çərçivəsində yayım qadağası yerli vaxtla 18:15-də aradan qaldırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyasının (YSK) sədri Ahmet Yener jurnalistlərə açıqlamasında bildirib.

    O qeyd edib ki, bu saatdan sonra mətbuat orqanları seçkilərin nəticələrinə dair məlumatları yayımlaya biləcək.