Region

Paşinyan Moskvaya səfər edib

Metbuat.az

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.

O, mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında iştirak edəcək.

N.Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Səfər çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşü də nəzərdə tutulub.