Ölkə
Yevlaxda 60 yaşlı kişini maşın vurub
Yevlax şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, şəhərin Füzuli küçəsində yolu keçmək istəyən 1958-ci il təvəllüdlü Məmmədov Qədir Məmməd oğlunu maşın vurub.
Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az