Ölkə

Xəzəryanı ölkələrdən olan sahibkar qadınların I forumu 2019-cu ildə keçiriləcək

Metbuat.az

Xəzəryanı ölkələrdən olan sahibkar qadınların birinci forumunun 2019-cu ilin aprelində Həştərxanda keçirilməsi planlaşdırılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təklifi Həştərxan vilayəti və Azərbaycan tərəfi dəstəkləyib.

"Həştərxan-Azərbaycan" qadın sahibkarlığı forumu 3 gün ərzində keçiriləcək və təxminən 350 nəfər iştirak edəcək.

Tədbir çərçivəsində ustad dərsləri, ekspert sessiyaları, qadın sahibkarların biznes layihələrinin təqdimatı keçiriləcək.

Milli.Az