Ölkə

Türkiyənin müasir mədəni həyatında iz qoymuş azərbaycanlı rəssam Ədalət Bayramoğlu kim olub?

Metbuat.az

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) "Vikipediya" Metodik Mərkəzinin könüllüləri tərəfindən Türkiyədə fəaliyyət göstərmiş azərbaycanlı məşhur rəssam, heykəltəraş, miniatürçü, keramika ustası mərhum Ədalət Bayramoğlu haqqında məqalə yaradılıb.

MEK-dən Milli.Az-a bildiriblər ki, məqalədə Ə.Bayramoğlunun həyatı və yaradıcılığı barədə məlumat verilir.
Məqalə ilə daha ətraflı bu linkdə (https://az.m.wikipedia.org/wiki/Ədalət_Bayramoğlu) tanış olmaq mümkündür.

Məqalə, həmçinin "Şəms" Tərcümə Xidmətləri Mərkəzi tərəfindən Türkiyə türkcəsinə uyğunlaşdırılaraq türk dilində "Vikipediya"da yerləşdirilib: https://tr.m.wikipedia.org/wiki/Adalet_Bayramoğlu

Milli.Az