Rusiyanın həmləsinə ABŞ-dan ÖLDÜRÜCÜ CAVAB, İrəvana səfərin SİRRİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək. Nikol Paşinyan və Qaqik Sarukyan arasında dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalanıb. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Rusiyanın Suriyaya verdiyi S-300 hava hücumundan müdafiə sistemləri İsrail və ABŞ-da təşvişə səbəb olub. Ukraynanın Çerniqov vilayətində silah-sursat anbarında partlayış baş verib.
Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlətimizin başçısı iclası giriş nitqi ilə açıb.
Sonra vergilər naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov çıxış ediblər.
Azərbaycan Prezidenti iclasda yekun nitqi söyləyib.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 10-da Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyindən verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçirəcəklər.
Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi parlamentdə böyüklüyünə görə ikinci fraksiya olan "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyanla dekabrda erkən parlament seçkilərinin keçirilməsi haqqında memorandum imzalayıb. Baş nazir bu barədə öz "Facebook" səhifəsində yazıb.
"Yenicə "Çiçəklənən Ermənistan" partiyasının sədri Qaqik Sarukyanla 2018-ci ilin dekabrında növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə memorandum imzaladım", - deyə o yazıb.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Rusiya və Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Boltonun region ölkələrindən Ermənistana gəlişi Paşinyan hakimiyyətini cəzalandırmaq məqsədi daşıdığı deyilir.
Bu barədə yazan erməni şərhçi Sərkis Artsruni Boltonun gəlişinin təsadüfi olmadığını hesab edir.
Trampın baş müşavirini İrəvana göndərməsinin ŞOK SƏBƏBLƏRİ: Paşinyan...
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda yoxa çıxan səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı müəmma və qarşılıqlı ittihamlar davam edir. Mövzu ilə bağlı növbəti bəyanat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlib.
Camal Qaşıqçı ilə bağlı məsələnin diqqətlə izlənildiyini deyən Ərdoğan “Baş konsulluq işçiləri “buradan çıxdı” deməklə özlərini xilas edə bilməzlər. Əgər çıxıbsa, bunu sübut etsinlər.
“Türk səlahiyyətlilərindən “bu haradadır?” soruşmaqdansa, “bu necə oldu?” deyə soruşmaq lazımdır”, - Türkiyə prezidenti bildirib.
Qeyd edək ki, itkin düşən səudiyyəli jurnalistin ailə qurmaq üçün lazım olan sənədlərə görə oktyabrın 2-də getdiyi konsulluq binasından bir daha çıxmadığı bildirilir. Bu barədə məlumatı Ankara Polis İdarəsi də təsdiqləyib.
İstanbulda “öldürülən” jurnalistlə bağlı AĞILLARI QARIŞDIRACAQ ƏMƏLİYYAT: sən demə...
Rusiyanın Suriyaya verdiyi S-300 hava hücumundan müdafiə sistemləri İsrail və ABŞ-da təşvişə səbəb olub. Bu barədə “Drive” nəşri yazıb.
Məlumata görə, Rusiyanın bu addımına cavab olaraq ABŞ Suriyadakı hərbi əməliyyatlarda beşinci nəsil F-22 Raptor qırıcılarından istifadə edəcək.
Bu qırıcıların S-300-lər tərəfindən vurula bilməyəcəyi iddia edilib. Radarlardan gizlənməklə hava hücumundan müdafiə sistemlərinin işini iflic edən bu qırıcılar daha sonra koordinatları bombardmançı təyyarələrinə ötürməklə ölümcül zərbə vurulması üçün imkan yaradır.
Məsələni şərh edən rus ekspertlər isə havadan casusluq fəaliyyəti üçün ən ideal texnika hesab olunan F-22-lərin də tamamilə təhlükədən kənar olmadığını bildirib. Rusiyalı professor Sergey Sudakovun sözlərinə görə, bu tip təyyarələr gizliliyini bir müddət qorusa da, elektron müqavimət sistemini işə saldığı anda radarlar tərəfindən ifşa olunur. HHM-in sürətli yerdəyişməsi isə düşmən hücumunun qarşısını almağa imkan yaradır.
İranın bir sıra şəhərlərində iş adamları ölkədəki iqtisadi problemlərə etiraz olaraq tətilə başlayıblar. İş adamları kütləvi şəkildə mağazaları bağlayırlar.
Cənubi Azərbaycanı tətillər bürüdü – Hakimiyyət ÇARƏSİZDİR
Moskva İraq və Suriyada apardığı informasiya müharibəsində Qərbi məğlub etdi. Bunu ABŞ Quru Qoşunları Assosasiyasının illik konfransında çıxışı zamanı britaniyalı general Feliks Qedni deyib. Onun sözlərinə görə, İraq və Suriyada artıq ictimai fikir koalisiya qüvvələrinin xeyrinə deyil:
“Qərb Moskvanın onu informasiya savaşında udduğunu dərk edə bilmir. Ruslar həqiqətən bu məsələdə çox yaxşıdırlar. Onlar bizi üstələyirlər. Biz hazırda koalisiyaya qarşı düşünülmüş informasiya kampaniyasını müşahidə edirik”.
Ukraynanın Çerniqov vilayətində anbarda baş verən yanğına görə ölkə yüz milyonlarla dollar döyüş sursatından məhrum olacaq. Bu haqda Ali Radanın deputatı, Ukrayna Daxili İşlər Nazirliyinin kollegiya üzvü Anton Qeraşenko bildirib.
Kiyev bu gecə ŞOK YAŞADI: deputat itkini, nazir günahkarı açıqladı - VİDEO
Ömər Dağlı