Dünya
NATO-nun Litvada keçirilən təlimlərində alman hərbçi ölüb
Ötən gün NATO-nun Litvanın Pabrade şəhər poliqonunda keçirilən təlimləri zamanı qurumun toplu batalyonunun alman hərbçisi həyatını itirib.
Milli.Az "report"-a istinadən bildirir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Bədbəxt hadisə hərbçinin idarə etdiyi zirehli nəqliyyat vasitəsinin ağacla toqquşması nəticəsində baş verib", - deyə nazirliyin saytına yerləşdirilən məlumatda bildirilir.
Almaniyanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb.
Milli.Az